“Vergi & Mühasibat Consulting” MMC şirkəti mühasibat və vergi uçotu sahəsində ixtisaslaşmış bir cəmiyyətdir. 7 ildir ki, davamlı inkişaf edir, bilik və təcrübə toplayır və peşəkarlığımızı artırmağa davam edirik. Biz sadəcə xidmət göstərmirik, həmçinin sahibkarların gözləntilərinə uyğun olaraq mühasibat və vergi uçotunun metodologiyasını uyğunlaşdıraraq, yaranmış problemlərin həllini formalaşdırıb yüksək səviyyəli xidmət təklif edirik.